Tanınmış aktyor SİYASƏTƏ QOŞULUR - DEPUTATLIĞA NAMİZƏDDİR - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktyor Mehmet Aslantuğ siyasətə qoşulur.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ona İşçi Partiyasından deputatlığa namizəd olması ilə bağlı təklif gəlib.
61 yaşlı aktyor bunu qəbul edərək namizəd olacağını açıqlayıb.
“Deputatlığa namizədlik təklifimizi qəbul etdiyi üçün hörmətli Mehmet Aslantuğa dərin təşəkkürümü bildirirəm. Türkiyə İşçi Partiyası sənindir, kapitan!”, - partiyanın rəhbəri Erkan Baş bildirib.
Xatırladaq ki, Mehmet Aslantuğ sonuncu dəfə TRT-də yayımlanan “Yürek Çıkmazı” serialında rol alıb.
Onun hər il qayığı ilə sahilində istirahət etdiyi Ege dənizi bölgələrinin birindən namizəd olacağı bildirilib. Sözügedən şəhərin Muğla olduğu təxmin edilir.
Oxşar xəbərlər
Türkiyədə seçkilərdə bu partiyalar iştirak edə biləcək - SİYAHI
Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərində 36 partiya iştirak edə biləcək. Bunu ölkənin Ali Seçki Şurası açıqlayıb. B...