İtaliyanın məşhur kurort şəhəri turist axınını azaltmağa çalışır

İtaliyanın məşhur kurort şəhəri turist axınını azaltmağa çalışır
Siyasət 90

Venesiyada ziyarətçi axınını məhdudlaşdırmaq məqsədilə turistlər üçün giriş haqların tənzimlənməsi uğursuz olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, turist sayı əvvəlki ilə nisbətən 5 min nəfər artaraq bir gündə 75 min nəfərə çatıb.

Şəhər şurası giriş haqqının turist axınını azaltmadığını etiraf edərək, bunu “faydasız və zərərli” adlandırıb.

Venesiya meri bu problemin həlli yolunu axtarmağa davam edəcəklərini, lakin hələlik konkret planların olmadığını bildirib.

Bu ilin aprel ayından etibarən bir günlük turistlərdən 5 avro rüsum tutulur.

Son xəbərlər