İtaliyada qaraçılar tanınmış idmançını qarət etdilər - VİDEO
Rusiyalı yüngül atlet, 2004-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı, Dünya və Avropa çempionu Olesya Krasnomovetsin sənədləri və pulları olan çanta oğurlanıb.
Bu barədə idmançı özü sosial şəbəkədə bildirib.
İtaliyanın Roma şəhərində olan tanınmış idmançı qaraçılar tərəfindən qarətə məruz qalıb.
“Əsəblərim tarıma çəkilib. Bir dəqiqə belə burada olmaq istəmirəm. Evə getməyi çox istəyirəm. Bu sadəcə kabusdur. Güclə dayanmışam", - Krasnomovets instaqram səhifəsində qeyd edib.
İdmançı qeyd edib ki, o, oğurlanan çantasının yerini qulaqcıqlar sayəsində müəyyən edib. Oğurlanan əşyaları qaytarmaqdan imtina edən bir qrup qaraçı olduğu üzə çıxıb.
Oxşar xəbərlər
Arda Turan və Muslera kimi məşhurlara qarşı dələduzluq edən şəxslə bağlı yeni DETALLAR - FOTO
Türkiyədə, ölkə futbounun tanınan simalarına - Arda Turan, Emre Belözoğlu, Fernando Muslera kimi şəxslərə qarşı dələduzluq iddiası ilə həbs edilən özəl bankın ş...