İtaliya parlamentində yumruq davası - Deputat əlil arabasında aparıldı - VİDEO

İtaliya parlamentində deputatlar yumruq davasına çıxıblar.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın baş naziri Corca Meloninin rəhbərliyi altında hazırlanan regional idarələrə daha çox muxtariyyət verən qanun layihəsi etiraza səbəb olub.
"Beş Ulduz Hərəkatı"nın deputatı Leonardo Donno parlamentdə İtaliya bayrağını açaraq qanun layihəsinə etiraz edib.
Bu zaman hakimiyyət partiyalarının deputatları ona sərt reaksiya verərək, yumruqla hücum ediblər.
Aldığı zərbələr nəticəsində yerə yıxılan Donno əlil arabasında parlamentdən çıxarılıb.
Davadan sonra sessiya dərhal dayandırılb. Mübahisəni dayandırmaq üçün araya girən mühafizəçinin də yaralandığı qeyd edilib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
