"Taliban"ın əlinə keçən ABŞ silahları - FOTO/VİDEO

Talibanın əlinə keçən ABŞ silahları - FOTO/VİDEO
Foto Video
Siyasət 587

"Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ordunun malik olduğu milyardlarla dollar dəyərində silah-sursat radikal qruplaşmanın əlinə keçib.

BAKU.WS xəbər verir ki, yaraqlıların əlində olan müasir silahlar isə ABŞ istehsalıdır.

Yerli mətbuatın yazdığına əsasən, Birləşmiş Ştatlar son 20 ildə Əfqanıstan təhlükəsizlik qüvvələrinin təlim və təchizatına 83 milyard dollar xərcləyib. Bildirilir ki, 2003-2016-cı illərdə Əfqanıstan ordusu 76 min maşın, 600 min silah, 163 min rabitə vasitəsi və 208 təyyarə ilə təmin olunub.

“Taliban” yaraqlılarının əlinə keçən silahların bir qismi bunlardır:

  • “Black Hawk” helikopterləri
  • “A-29 Super Tucano” hücum təyyarələri
  • “Humvee” və digər zirehli maşınlar
  • “M4” karabinləri
  • “M16” atıcı silahları.

Son xəbərlər