Tacikistanda "Crocus"da törədilən terror aktı ilə bağlı 9 nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tacikistanda "Crocus City Hall"da baş verən terror aktını törədənlərlə mümkün əlaqədə şübhəli bilinən 9 nəfəri saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Əməliyyat Vəhdət rayonunda baş verib. Şübhəlilər həmçinin İŞİD terror təşkilatı ilə də əlaqəli ola bilərlər.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb.
Son rəqəmlərə görə, terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.
Oxşar xəbərlər
"Crocus"da törədilən terror aktı qurbanlarının sayı artdı
Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall"da törədilən terror aktının qurbanlarının sayı 9-u azyaşlı olmaqla 382 nəfərə çatıb. BAKU.WS-in xəbərinə...