İsveçrə vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, vətəndaşlarının İrana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, bu barədə azad İran teleqram kanalı məlumat yayıb.
Noyabrın 13-də dərc edilən bəyanatda İsveçrə vətəndaşlarından xalq etirazlarının davam etməsi, İslam Respublikası təhlükəsizlik qüvvələrinin həqiqi güllələrdən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən İrana səfər etməmələri istənilib.
İsveçrə hökuməti bu yaxınlarda Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün dronlar göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqlayıb.
Oxşar xəbərlər
Ukrayna Prezident Ofisinin rəsmisi İrana zərbə endirməyə çağırıb
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib. BAKU.WS “report”a istinadən xəb...