Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, Forumda rəqabət siyasətinin formalaşdırılması və bu sahədə regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Açılış mərasimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və TDT Baş katibinin müavini Merey Mukajan çıxış edəcəklər.
Panel müzakirəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın rəqabət qurumlarının nümayəndələri iştirak edəcəklər.
Daha sonra rəqabət qurumları rəhbərlərinin 3-cü iclası keçiriləcək. Tədbirdə həmçinin Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərlərinin çıxışı nəzərdə tutulub. İclasın sonunda Birgə Kommünikenin imzalanma mərasimi keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...