"Survivor" iştirakçısı yarış zamanı protezi ayağından çıxartdı - VİDEO

Survivor iştirakçısı yarış zamanı protezi ayağından çıxartdı - VİDEO
Video
Siyasət 135

"Survivor"un builki iştirakçılarından Barış Telli hərəkəti ilə gündəmə gəlib.

BAKU.WS-in məlumatına görə, oyun zamanı Telli protez ayağını çıxardaraq oyuna davam edib.

Qeyd edək ki, Barış 1993-cü ildə qəza nəticəsində ayağını itirib.

2013-cü il Türkiyə Atletika Çempionatında 100 metr qaçış, hündürlüyə və uzunluğa tullanma yarışlarında üç qızıl medal qazanıb.

2014-cü ildə sənətçi Hülya Avşarın dəstəyi ilə protezlə hündürlüyə tullanmada Avropa ikincisi olaraq gümüş medal qazanıb və Türkiyə rekordunu qırıb. Həmin il Türkiyə Amputasiyalı Milli Futbol Komandası ilə 4-cü dəfə dünya üçüncüsü olub.

Son xəbərlər