Suriyada iğtişaşlar zamanı həbs edilən 360 nəfər azad edilib
Suriya hakimiyyəti dekabrın sonunda Homs şəhərində (Dəməşqdən 160 km məsafədə) sabitliyin bərpası üçün təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılan vətəndaşların böyük bir qrupunu azad edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "Al Vatan" qəzetinə əyalət Baş Təhlükəsizlik Müdirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, iğtişaşlarda iştirak edən, lakin keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə əhaliyə qarşı hərbi cinayətlərdə iştirak etməyən 360 nəfər azad edilib:
"Bu qərar ilkin araşdırmadan sonra verilib və sərbəst buraxılanlar Suriyanın yeni administrasiyasına qarşı heç bir düşmənçilik hərəkəti etməmək öhdəliyi götürüblər".
Oxşar xəbərlər
Azərbaycanın konkret tələbi: Təyyarə qəzası ədalətli araşdırılmalıdır
Yanvarın 6-da, yeni ilin ilk iş günündə Prezident İlham Əliyev Rusiya səmasındakı təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdç...