Metin Uca vəfat etdi

Metin Uca vəfat etdi
Siyasət 0

Türkiyəli məşhur aparıcı Metin Uca dünyasını dəyişib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kocaelidə keçirdiyi avtomobil qəzasından sonra yerləşdirildiyi xəstəxanada süni tənəffüs aparatına qoşulan aparıcı vəfat edib.

Bu barədə 62 yaşlı Metinin meneceri Kübra Kalem Baykara bildirib.

O bu haqda özünün sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Metin Uca 1961-ci ildə İstanbulda doğulub. O həm də yazıçı olub. Uca bir çox xarici filmlərin dublyajlarını da edib. O ilk dəfə 1987-ci ildə “Anadolu xəbər agentliyi”ndə müxbir kimi fəaliyyətə başlayıb.

1989-cu ildən isə TRT-də çalışmağa başlayıb. Daha sonra Metin Uca Kanal D, Show TV, Atv ve Star TV kimi reytinqli televiziyalarda müxtəlif layihələrin aparıcısı olub. "Günaydın Türkiye" , "Passaparola" kimi proqramlarının aparıcılığını edib.

Son xəbərlər