Sumqayıtda müşahidə kameralarının işləməməsi haqda məlumat yalandır
Yeniliklərdən dərhal xəbərdar olun
Facebook-da istifadəçilərdən biri "Zəng etmişəm MSK-a, kameradan canlı yayım müşahidəsi üçün yayımlar niyə açılmır məntəqələrdə? Deyir, bilmirəm" status paylaşmışdır. 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınan namizəd həmin statusu re-post edərək: "Bəzi məntəqələrdə yerləşdirilən canlı yayımla müşahidə kameralarından yayımlar açılmır. MSK zənglərdə gərəkli açıqlamanı vermir. Sumqayıtda ən önəmli məntəqələrdə kamerayla nəzarət mövcuddur. Yayımın açılmaması biabırçılıqdır"-yazıb.
Faktyoxla Lab. bu faktı dəqiqləşdirib.
Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb. Trend xəbər verir ki, bu gün səhər saatlarından keçirilən brifinqdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çıxışında deyib.
Veb-kameraların saat 07:30-dan seçki prosesi bitənədək işləyəcəyi bildirilib.
Bu xəbəri paylaşan istifadəçi isə məlumatı saat 07:20-də paylaşdığı görünür.
42 saylı Sumqayıt birinci seçki dairəsində veb-kameralar quraşdırlan məntəqələrin siyahısı: 7,9,18,27,32, 35,41 mənbə
Bunlar isə həmin dairədə veb-kameralar quraşdırılan məntəqələrdən qeydə alınan görüntülərdi:
Nəticə:
Məntəqələrdə veb-kameraların işləməməsi ilə bağlı yayılan məlumat saxtadır.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...