Su və kanalizasiya sistemlərinə qoşulma ilə bağlı yeni qanun təsdiqləndi

Su və kanalizasiya sistemlərinə qoşulma ilə bağlı yeni qanun təsdiqləndi
Siyasət 154

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə qanunda 24-cü maddəyə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilib:

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması qadağandır”.

Bundan başqa, 37-ci maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kanalizasiya şəbəkəsinə qoşulması qadağandır”.

Bu qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

Son xəbərlər