Stoltenberq İsveçin NATO-ya üzvlüyü məsələsində Ərdoğanla razılığa gəlindiyini açıqlayıb
10
iyl
2023
23:59
İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.
“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”, - o qeyd edib.
Oxşar xəbərlər
NATO-da terrorla mübarizədə xüsusi koordinator postu yaradılacaq
NATO-da terrorla mübarizə üzrə xüsusi koordinator postu yaradılacaq. APA xəbər verir ki bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsv...