Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması Qaydası təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti “Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması Qaydası”nı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılmasına aşağıdakılar daxildir:
- standartlaşdırma üzrə normativ sənədlərin elmi-texniki, sosial-iqtisadi və hüquqi səviyyəsinin təhlili;
-standartlaşdırma üzrə normativ sənədlərin texniki reqlamentlərə uyğunluğunun təhlili;
-iqtisadiyyatın müxtəlif sahələrinin standartlaşdırma üzrə normativ sənədlərlə təmin olunmasının təhlili.
Bundan başqa, milli standartlaşdırma qurumu, eləcə də standartlaşdırma üzrə texniki komitələr və səlahiyyətinə standartlaşdırma obyektləri daxil olan dövlət orqanları (qurumları) standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasını hər il həyata keçirməlidirlər.
Oxşar xəbərlər
İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması ilə bağlı əsasnamə təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edi...