İstanbulun mərkəzində təşviş: "Çərkəz Cengiz"in şiri təşviş yaratdı

İstanbulun mərkəzində təşviş: Çərkəz Cengizin şiri təşviş yaratdı
Siyasət 224

Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda meşə sahəsindən şir nərəsi eşidilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyulun 4-ü çərşənbə axşamı saat 22:45 radələrində baş verən hadisədə vətəndaşlar meşəlik ərazidə nərə eşidildiyi barədə polisə məlumat veriblər.

Polislər xəbərdarlıqdan sonra meşəlik sahəyə gedərək ərazidə araşdırma aparıb.

Dar sahədə axtarış aparan polis qrupları meşədə aslanın gəzdiyini görüblər.

Dərmanlı ox ilə zərərsizləşdirilən şirin "Çərkəz Cengiz" adı ilə tanınan Cengiz Şıklaroğluna məxsus olduğu bilinib.

Heyvan sahibinə təhvil verilib.

Son xəbərlər