İstanbulun körpüləri Azərbaycan bayrağının rənglərinə büründü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulun "15 İyul Şəhidlər", "Fateh Sultan Mehmet" və "Yavuz Sultan Səlim" körpüləri Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabındakı paylaşımında Azərbaycan bayrağının rənglərinə bürünən İstanbulun bu gecə daha gözəl göründüyünü bildirib.
Nazir paylaşımında "Fateh Sultan Mehmet", "15 İyul Şəhidlər" və "Yavuz Sultan Səlim" körpüləri Can Azərbaycanın rənglərinə büründü. Azərbaycanın Müstəqillik Günü mübarək olsun" - deyə bildirib.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...