İstanbulda seçici məntəqədə özü ilə gətirdiyi toyuqla səs verdi - VİDEO

İstanbulda seçici məntəqədə özü ilə gətirdiyi toyuqla səs verdi - VİDEO
Video
Siyasət 6

Türkiyənin İstanbul şəhərində vətəndaş bələdiyyə seçkilərində səs vermək üçün məntəqəyə çiynində toyuqla birlikdə gəlib.

Bu barədə BAKU.WS "Haber Global"a istinadən xəbər verir.

Onun məntəqəyə gəlişi seçicilərin marağı və gülüşünə səbəb olub. Qeyri-adi seçici toyuğun bir müddətdir ondan ayrılmadığını bildirib.

"Toyuq işə də, gəzməyə də mənlə gedir. Bir müddətdir məndən ayrılmır. Birlikdə səs verdik. Düzdür, onu vətəndaş kimi qəbul etmədilər, amma səsvermə hüququmdan birlikdə istifadə etdik", - o deyib.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Son xəbərlər