İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini əvvəlki qaydada davam etdirir - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq diplomatik missiyadan məlumat verilib.
"Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir",- məlumatda vurğulanıb.
Qeyd edək ki, bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb.
Xatırladaq ki, ötən gün İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...