İsrail prezidentindən Türkiyə ilə qurulan yeni münasibətlərə TƏRİF

İsrail prezidenti İsaak Hersoq sosial media hesabındakı paylaşımda Türkiyə və İsrail arasında qurulan diplomatik münasibətlərin daha yüksək səviyyəyə qalxmasını tərif edib.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hersoq Türkiyə ilə münasibətlərin davam etməsinin bölgədəki sabitlik üçün önəmli olduğunu qeyd edib.
"Türkiyə ilə diplomatik münasibətlərin ən yüksək səviyyəyə çatmasını təqdir edirəm. Bu, son bir ildir rəhbərlik etdiyimiz İsrail və Türkiyə xalqına daha yaxşı iqtisadi münasibətlər, qarşılıqlı turizm və dostluğu təşviq edəcək önəmli bir inkişafdır", - deyə İsrail prezidenti bildirib.
Oxşar xəbərlər
İsaak Hersoqdan Ərdoğana Qurban bayramı TƏBRİKİ
İsrail prezidenti İsaak Hersoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu Qurban bayramı münasibətilə təbrik edib. BAKU.WS "Report"a isti...