İsrail ordusunun bugünədək olan itkiləri açıqlanıb
2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlərdə 589 nəfər itki verib.
BAKU.WS xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Son məlumatlara görə, daha bir İsrail əsgəri bazar günü Qəzza zolağının cənubunda öldürülüb. Belə ki, anklavda quru əməliyyatı başlayandan bəri İDF 249 şəhid verib.
Xatırladaq ki, oktyabrın 7-də Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edib. Ardınca Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Oxşar xəbərlər
Qəzzada davam edən küçə döyüşlərindən REAL KADRLAR - VİDEO
Fələstinin HƏMAS təşkilatı ilə Qəzza zolağında İsrail hərbçiləri arasında baş verən küçə döyüşlərindən yeni kadrlar yayılıb. Real döyüş kadrlarını əks etdirən...