SON DƏQİQƏ! Rusiya Avropa Şurasından çıxarıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın təşkilatdan çıxarılması haqda qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası Nazirlər Komitəsinin Rusiyanın qurumdan çıxmasını tələb edən çağırışı dəstəkləyib.
Bununla da Avropa Şurası Parlament Assambleyasının üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qanun layihəsini qəbul ediblər.
Layihənin lehinə 216 deputat səs verib. Əleyhinə heç bir deputat səs verməyib. 3 deputat isə səs verməkdən yayınıb.
Qeyd edək ki, bu qərar Rusiyanın fevralın 24-dən etibarən Ukraynaya hərbi müdaxiləsi ilə bağlıdır.
Xatırladaq ki, Rusiya 26 il qurumun üzvü olub. Lakin bu gün Rusiya Federasiyasının bayrağı Avropa Şurasının binasının qarşısından çıxarılıb.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...