Son anda sağ qalan italyan turist danışdı: Həyatımda belə sürətlə qaçmamışdım - FOTO

Son anda sağ qalan italyan turist danışdı: Həyatımda belə sürətlə qaçmamışdım - FOTO
Siyasət 401

Türkiyənin İstanbul şəhərində baş verən terror aktında sağ qalmağı bacaranlar arasında italyan tələbə Massimo D'Angelo olub.

BAKU.WS xəbər verir ki, 30 yaşlı italyan partlayışdan dərhal sonra baş verənləri "Mirror" qəzetinə danışıb.

O bildirib ki, həyatda qaldığı üçün çox şanslıdır: "Partlayış baş verən zaman İstiqlal küçəsində gəzirdim. Gözəl və günəşli bir payız günü kabusa çevrildi. Dostlarım və sinif yoldaşlarımla muzeyə getdik və qərara gəldik ki, çıxışda qəhvə içək. Birdən iki partlayış səsi eşitdik və sükut çökdü. Məncə hamı nə baş verdiyini anlamağa çalışırdı. Bunun silahlı hücum olduğunu düşündüm.

Sonra barıt olduğunu düşündüyüm qoxu gəldi. Sanki nəsə yanırdı. Çox qəribədir ki, o qoxunu hələ də xatırlayıram. Sonra qaçıb qışqıran insanların olduğunu gördüm. Hər şey bulanıq idi, amma mən ona görə qaçmağa başladım. Təhlükəsiz olacağını düşündüm. Həyatımda heç vaxt belə sürətlə qaçmamışdım".

Son anda sağ qalan italyan turist danışdı: Həyatımda belə sürətlə qaçmamışdım - FOTO

Son xəbərlər