Sloveniya Bakı və İrəvana sülh əldə etmək səylərində dəstəyini ifadə edib
09
avq
2025
15:53
Sloveniya Azərbaycan və Ermənistanın səylərini, həmçinin Ağ Ev administrasiyasının sülh prosesi ilə bağlı razılaşmaların əldə edilməsindəki rolunu yüksək qiymətləndirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyi məlumat yayıb.
"Bu, şübhəsiz ki, region (Cənubi Qafqaz – red.) üçün yeni imkanlar açacaq və tərəqqini təmin edəcək", - qurumdan qeyd edilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişi paraflayıblar.
Oxşar xəbərlər
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. BAKU.WS xatı...