Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzovun yerinə hələlik hər hansı namizəd irəli sürülməyib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a YAP-dan məlumat daxil olub.
YAP-ın Nizamnaməsinə əsasən, partiyanın İdarə Heyəti partiyanın sədrinin təqdimatı ilə icra katibinin müavinlərini təsdiq edir.
Qeyd edək ki, hazırda YAP-ın icra katibinin bir müavini var. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.
Xatırladaq ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov karantin rejimi dövründə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qız nəvəsinin toyunda iştirak etdiyi üçün YAP-dakı vəzifəsindən istefa verib.
Oxşar xəbərlər
“Ramiz Mehdiyev niyə tövbə edir, bilirsiniz?” - Adil Əliyev
Milli Məclisin vitse-spikeri Adil Əliyev Ovqat.com-a müsahibə verib. BAKU.WS həmin müsahibəni təqdim edir: - Məlumdur ki, bütün Azərbaycan ictimaiyyəti Ramiz Me...