Siyavuş Novruzovdan məhkəmələrə ittiham: “Ötür-ötür prosesidir”
21
may
2021
12:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin iclasında deputat Siyavuş Novruzov məhkəmə hakimlərini tənqid edib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, S.Novruzov hakimlərin düzgün qərar çıxarmamasının problemlər yaratdığını deyib.
“Ötür-ötür prosesidir. Məhkəmə qərar çıxarır, ardınca bu qərarla apellyasiya məhkəmələrinə müraciət edilir. Daha sonra isə Ali Məhkəmə. Ali Məhkəmə isə nöqsanlar aşkarlayır və işi yenidən ibtidai istintaq üçün geri qaytarır”, - deyə S.Novruzov əlavə edib.
O qeyd edib ki, səhv hökm çıxaran hakimlərin maaşlarından tutulmalıdır.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...