Siyavuş Novruzov icra başçılarını tənqid etdi: “Gələn kimi deyir ki, ərizəni yaz, get” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov icra başçılarını tənqid edib.
BAKU.WS-in oxu.az-a istinadən verdiyi məlumata görə, S.Novruzov bildirib ki, bəzi icra başçıları vəzifəsinə başlayan kimi imtahanla dövlət qulluğuna qəbul olunanları işindən azad edir.
“İcra başçısı gələn kimi test və müsahibə üsulu ilə imtahandan keçən şəxsə deyir ki, ərizəni yaz, get. Nəticə etibarı ilə illərdir yetişən kadr bazasını kimlərinsə iradəsinin ifadəsinə uyğun olaraq itiririk. Nazirliklərdə, komitələrdə də biz bu halları görürük”, - deyə S.Novruzov əlavə edib.
S.Novruzovun sözlərinə görə, icra başçıları özü ilə adamlarını gətirir və digərlərini vəzifəsindən azad edir.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN - YENİLƏNİB/FOTO
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev...