“Sivillərin qətliamını görmək istəyənlər Dağlıq Qarabağa baxsın” - Ərdoğan

“Sivillərin qətliamını görmək istəyənlər Dağlıq Qarabağa baxsın” - Ərdoğan
Siyasət 364
“Türkiyə heç vaxt mülki vətəndaşların qətliamını etməyib və etməz. Sivillərin qətliamını görmək istəyənlər Əfqanıstana, Arakana, Dağlıq Qarabağa, Bosniyaya baxın. Türkiyəni sivilləri qətl etməkdə ittiham edənlərin gözü kor, qulağı kar, ürəyi daşlaşmış deməkdir”.BAKU.WS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki toplantısında bildirib.O qeyd edib ki, bu gün dünyada terrorizmə qarşı mübarizədə Türkiyə qədər təmiz iş ortaya qoyan başqa bir ölkə yoxdur:“Əsla belə bir vəziyyətə düşməyinizi istəmərik. Amma bir gün siz bu çətinliyə düşsəniz, kimsə sizing qarşınıza terrorçulara dəstək vermək üçün çıxacaq. Onda bizi çox yaxşı anlayacaqsınız”.

Oxşar xəbərlər

Ərdoğan Azərbaycana təşəkkür etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm. BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyi...

8 Siyasət 19:01 14 oktyabr 2019

Son xəbərlər