Əsirlikdən xilas edilən Savçenko azərbaycanlı girovların müdafiəsinə qalxdı FOTOLAR

Əsirlikdən xilas edilən Savçenko azərbaycanlı girovların müdafiəsinə qalxdı FOTOLAR
Siyasət 2003

Azərbaycanın Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ukraynaya etdiyi işgüzar səfərində Rusiyada əsirlikdə olan Ukraynanın Milli Qəhrəmanı, deputat Nadejda Savçenko ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ətrafında söhbət edib. Bundan başqa məsələni beynəlxalq səviyyədə qaldırmaq onların azad edilməsi üçün Ermənistan tərəfinə təzyiqi gücləndirilməsi barədə də müzakirələr aparılıb.

Nadejda Savçenko erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə dəstək bəyanatı yayıb və onların beynəlxalq səviyyədə müdafiəsinə qoşulacağını bildirib.

Həmçinin Savçenko əlavə edib ki, bu məsələ Ukrayna Radasında və ölkə KİV-lərində qaldırılacaq.

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər