Sinan Oğan Türkiyə Superkubok finalının Xankəndidə keçirilməsini təklif edib – FOTO
Azərbaycanəsilli türk siyasətçi, ATA alyansından prezidentliyə keçmiş namizədi Sinan Oğan futbol üzrə Türkiyə Superkubokunun Xankəndi şəhərində keçirilməsini təklif edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə rəsmi “X” hesabında paylaşım edib.
“Əgər mütləq xaricdə oynamaq istəyirsinizsə, “Xankəndi” stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşar ancaq!”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında keçirilməli olan "Qalatasaray" - "Fənərbağça" derbisi yaranmış narazılıq səbəbindən təxirə salınıb. Belə ki, Ərəbistanda İstiqlal marşının səslənməsinə və Atatürk pankartlarının açılmasına icazə verilməyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...