Şimali Koreya qısa mənzilli raket buraxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya son iki ayda ilk dəfə qısa mənzilli raket buraxıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı raketlərin yerli vaxtla saat 07:10-da Pxenyandan buraxıldığını və təxminən 350 kilometr qət etdikdən sonra dənizə düşdüyünü açıqlayıb. Nə qədər raketin buraxıldığı hələlik məlum deyil.
Cənubi Koreyanın hərbi rəsmiləri bu addımı sərt şəkildə pisləyib və bunu "Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən açıq-aşkar təxribat" adlandırıblar.
Yaponiyanın Müdafiə Nazirliyi Şimali Koreyanın atdığı ən azı iki raketin təxminən 350 kilometr məsafə qət etdiyini və 100 kilometr yüksəkliyə çatdığın açıqlayıb.
Yaponiyanın baş naziri Fumio Kişida bu hücumu şiddətlə qınadıqlarını və Şimali Koreyaya rəsmi etiraz notası verdiklərini açıqlayıb.
Cənubi Koreya, Yaponiya və ABŞ-nin nüvə nümayəndələri telefonla danışaraq Şimali Koreyanın təxribatlarına qarşı əməkdaşlıq edəcəklərini bəyan ediblər.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...