Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edildi

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edildi
Siyasət 541

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Vüqar Mürsəlov tutduğu vəzifədən azad edilib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsinin icrası tibb xidməti polkovniki Roman Çobanova həvalə edilib.

Son xəbərlər