Si Cinpin WUF13-ün işinə uğurlar arzulayıb
Çin Sədri Si Cinpin Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işinə uğurlar arzulayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Çin Sədrinin xüsusi nümayəndəsi Çjan Qotsin WUF13 çərçivəsindəki Liderlər Sammitində bildirib.
"Burada, Bakıda cənab Si Cinpini təmsil etmək və onun forumun işinə uğur arzularını çatdırmaq mənim üçün böyük şərəfdir", - Çjan Qotsin qeyd edib.
"Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi kimi WUF13-ün Liderlər Sammitinə gəlmək, həmçinin cənab Si Cinpinin bu sammitin keçirilməsi ilə əlaqədar Azərbaycana ən xoş arzularını çatdırmaq və ona uğurlar arzulamaq mənim üçün böyük bir şərəfdir", - Çjan Qotsin bildirib.
Oxşar xəbərlər
WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Liderlər Sammiti başa çatıb. BAKU.WS-in məlumatına görə, bu barədə "Report" xəbər ver...