Şuşada aşkarlanan kütləvi məzarlıq insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biridir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan işğalı dövründə insanların qətlə yetirilməsi və kütləvi şəkildə dəfn edilməsini sübut edən daha bir məzarlıq Şuşa şəhərində aşkarlanıb. İyunun 3-də kütləvi məzarlığın aşkarlandığı əraziyə media nümayəndələrinin səfəri təşkil olunub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı media nümayəndələrinə aşkar olunmuş məzarlıqda ən azı dörd nəfərin qalığının tapıldığı bildirilib.
Səfər çərçivəsində Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək öldürülən və işğal olunmuş ərazilərdə basdırılan azərbaycanlılara aid meyit qalıqlarının aşkarlanmasını əks etdirən film nümayiş etdirilib.
Qeyd edək ki, Şuşada aşkar edilmiş məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir. Bu fakt qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların həmin həbsxanada dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları və şahid ifadələrini bir daha təsdiqləyir. Şuşada aşkarlanan bu insan qalıqlarını Başlıbel, Fərrux və Edilli istiqamətlərində aşkarlanmış kütləvi məzarlıqların davamı kimi adlandırmaq olar.
Ermənistan Azərbaycana qarşı uzun illər təcavüzkar siyasət yürüdüb. Onlar Şuşa şəhərinin həmişəlik işğal altında qalacağını və törətdikləri cinayətlərin üstünün heç vaxt açılmayacağını düşünürdülər. Lakin Vətən müharibəsindəki şanlı Qələbə nəticəsində Azərbaycan öz doğma torpaqlarına qayıtdı, haqq-ədalət bərqərar olundu.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...