Türkiyədə şirkət sahibinin oğlu oğurluqda şübhələndiyi işçisini güllələyib - FOTO

Türkiyədə şirkət sahibinin oğlu oğurluqda şübhələndiyi işçisini güllələyib - FOTO
Siyasət 3

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda tikinti şirkəti sahibinin oğlu oğurluq etdiyini iddia etdikləri işçini güllələyib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Akhisar məhəlləsi, Karalar Yolu küçəsində fəaliyyət göstərən avtoyuma məntəqəsində baş verib.

Əldə edilən məlumata görə, tikinti firmasının sahibi 50 yaşlı A. Mustafa tikinti sahəsindən material oğurlayıb satdığını iddia etdiyi işçisi, 55 yaşlı S. Hüseynə xəbərdarlıq edib. Daha sonra Hüseyn adlı şəxs müdirini təhqir edib və gedib.

Şirkət sahibinin oğulları 30 yaşlı Həsən və 24 yaşlı Abdükadir Hüseynin arxasınca qaçmağa başlayıb.

Küçədə sığındığı avtoyuma məntəqəsində yaxalanan işçi qəzəbli ata və övladları tərəfindən döyülüb. Bu zaman Abdülkadir əlindəki silahla Hüseynin ayaqlarına atəş açıb. Hüseyn sağ ayağına dəyən iki güllədən ağır yaralanıb. O, hadisə yerinə cəlb edilən təcili yardımla İnegöl Dövlət Xəstəxanasına aparılıb.

ata Mustafa və oğlu Həsən ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.

Məlumata görə, hadisəni törədən şəxs - Abdülkadir qaçıb.

Son xəbərlər