Kim Çen Inın döyüş təyyarələrinin nümayişi zamanı çəkilən fotosu müzakirə mövzusu oldu - VİDEO

Kim Çen Inın döyüş təyyarələrinin nümayişi zamanı çəkilən fotosu müzakirə mövzusu oldu - VİDEO
Video
Siyasət 262

Şimali Koreya lideri Kim Çen In döyüş təyyarələrinin nümayişini heyrətlənərək izləyib.

BAKU.WS xəbər verir ki, uçuşları bir neçə dəqiqə alqışlayan Şimali Koreya liderinin xoşbəxtliyi kameralara düşüb.

Təyyarənin manevrlərindən təəccüblənən Kimin üz ifadəsi sosial mediada ən çox baxılan videolardan birinə çevrilib.

Koreya yarımadasındakı gərginliyi raket sınaqları ilə artıran Şimali Koreya sonuncu dəfə bazar günü Sinpo limanı yaxınlığında raket buraxıb. Bazar günü səhər baş verən atışla bağlı açıqlama verən Cənubi Koreya Baş Qərargahı (JCS) "Ordumuz Şimali Koreyanın təxribatlarını izləmək üçün ABŞ ilə sıx koordinasiyadadır" deyib. Seulda yerləşən Yonhap xəbər agentliyi bildirib ki, bu, Şimali Koreyanın son bir həftə ərzində üçüncü qanadlı raket sınağıdır.

Son xəbərlər