Şahzadə Diananın paltarı hərracda rekord qiymətə satıldı - FOTO
Şahzadə Diananın paltarı "Julien's" Auctions"da hərrac tarixində rekord məbləğə satılıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə "The Standard" məlumat yayıb.
Söhbət Şahzadələr Uilyam və Harrinin anasının iki dəfə ictimaiyyət qarşısına çıxan zaman geyindiyi mavi ulduzlar şəklində naxışlı qara paltarından gedir.
O, ilk dəfə 1985-ci ildə İtaliyada qastrol səfərində, sonra isə 1986-cı ildə Vankuverdə simfonik orkestrin konsertində geyinib.
Paltar əvvəlcə 100 000 dollar dəyərində qiymətləndirilib, lakin sonda hərracda 11 dəfə baha - 1,1 milyona satılıb.
Paltarın alıcısının adı açıqlanmır. Hərracda qeyd olunan paltarla yanaşı, Şahzadə Diananın qarderobundan başqa əşyalar da alınıb.
Qalereya
Oxşar xəbərlər
Şahzadə Diananın məşhur sviteri FANTASTİK qiymətə satıldı
Şahzadə Dianaya məxsus məşhur qoyunlu sviteri hərracda satılıb. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Şahzadə Diananın ağ qoyunlar arasında tək q...