Şahmar Mövsümov: “Ermənilərin revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”
Yeniliklərdən dərhal xəbərdar olun
“Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov özünün rəsmi tviter səhifəsində bildirib.
“Allah şəhidlərimizə rəhmət eləsin! Ermənistanda həqiqi sülh tərəfdarları çoxluq təşkil etməyənə qədər region daim müharibə təhlükəsi altında qalacaq. Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur! Ermənistan artıq yuxulardan ayılmalıdır!”, - o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...