Sevgilisinin kofesinə görə baristanı yumruqladı - ANBAAN VİDEO
Türkiyədə qəribə hadisə yaşanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bakırköy ərazisindəki kafelərdən birində dava düşüb.
Buna səbəb kafedə çalışan baristanın ora gələn müştərilərdən birinin sevgilisinin kofesinə gülüş işarəsi qoyması olub. Bundan əsəbiləşən adam baristaya hücum edib. O ona dəfələrlə yumruq vuraraq yerə yıxıb.
Daha sonra isə yerdə yumruqlamağa başlayıb. Müştərilərin müdaxiləsi ilə barista həmin adamın əlindən alınıb.
Adamın baristanı döydüyü anlar təhlükəsizlik kameraları tərəfindən görüntülənib. Dava edən tərəflərin bir-birini şikayət etmədikləri bildirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...