Səudiyyə Ərəbistanı nümayəndə heyəti WUF13-də iştirak üçün Azərbaycana gəlib
Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogailinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün Azərbaycana gəlib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini, Azərbaycan və Səudiyyə Ərəbistanı Birgə hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov mayın 16-da Səudiyyə Ərəbistanından olan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə WUF13-ün Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının forumda iştirakından məmnunluq ifadə olunub.
İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Müasir şəhərsalmaya dair məsələlər və Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
TDT bütün qərarların birlikdə alındığı mexanizmə çevrilməyə doğru irəliləyir
Türk Dövlətləri Təşkilatının (TDT) birlik modelini ifadə edən və bütün qərarların birlikdə alındığı bir mexanizmə çevrilməsinə doğru yol gedilir. TDT Dövlət baş...