Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı Azərbaycanda humanitar minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Salem Əl-Kahtani Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransda bildirib.
"Səudiyyə Ərəbistanı həmçinin ərazilərin mina çirklənməsindən təmizlənməsi üçün maliyyə dəstəyi göstərərək Azərbaycanla öz səylərini və əməkdaşlığını genişləndirir", - o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...