Serbiyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiyanın İrandakı səfiri Damir Kovaçeviç diplomatik nümayəndəliyin əməkdaşlarının bu ölkədən təxliyəsinə görə Azərbaycana təşəkkür edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, səfir bu barədə "Astara" dövlət sərhəd buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında danışıb.
"Biz qardaş Azərbaycana, həqiqətən, minnətdarıq. Bütün Azərbaycan rəsmilərinə təşəkkür edirəm. Bizi burada çox mehriban qarşıladılar. Ölkələrimiz qardaş ölkələrdir, bizim çox geniş əlaqələrimiz var və buna bu gün bir daha şahid olduq", - səfir bildirib.
Xatırladaq ki, Serbiyanın İrandakı səfirliyinin beş diplomatı Azərbaycan vasitəsilə bu ölkədən təxliyə edilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...