SEPAH-ın İraqa raket hücumu zamanı məşhur maqnat ölüb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.
Ərbilə atılan 8 ballistik raket zamanı əslən kürd olan tikinti və özəl təhlükəsizlik maqnatı Peşrav Dizaiyi ölüb.
Kürdüstan Bölgəsinin beşinci parlamentinin sədr müavini Həmin Həvrami X mikrobloqunda yazıb ki, Dizaiyinin evinə hücum zamnı dörd ailə üzvü də həlak olub.
"Rudaw" agentliyi yazır ki, məşhur kürd iş adamı və "Empire World" kimi böyük layihələri idarə edən "Falcon Group"un sahibi evinə mərmi düşməsi nəticəsində dünyasını dəyişib.
Bu arada SEPAH İraqdakı “Mossad” casus qərargahını məhv etdiyini açıqlayıb.
ABC News xəbər verir ki, Amerika konsulluğunun yaxınlığındakı 8 obyekt hücuma məruz qalıb. Dörd nəfər həlak olub, onların arasında ABŞ hərbçiləri yoxdur.
Qalereya
Oxşar xəbərlər
İran ABŞ-nin hərbi bazasını ballistik raketlərlə vurdu - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zər...