Səməd Seyidov: "Pakistan bizim yaxın dostumuzdur"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan və Pakistan arasındakı dostluq münasibətləri davam etdiriləcək və möhkəmləndiriləcək".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri deputat Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan haqqın, ədalətin tərəfində dayanıb və bu nöqteyi nəzərdən Azərbaycanın mövqeyini artıq həm xarici işlər naziri, həm Azərbaycanın deputatları açıq şəkildə nümayiş etdiriblər:
"Biz hesab edirik ki, Pakistan bizim yaxın dostumuzdur. Pakistan həmişə Azərbaycanın ən ağır günlərində Azərbaycanın yanında olub. Ona görə bu münasibətlər davam etdiriləcək, bu münasibətlər möhkəmlənəcək və Azərbaycan ənənəvi olaraq ədalətin, haqqın yanında olacaq".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...