Səməd Seyidov: "AŞPA-dakı erməni deputatlar Azərbaycanın sülh addımlarına kölgə salmağa çalışırlar"
Yeniliklərdən dərhal xəbərdar olun
"Avropa Şurası vaxtında Qarabağda azərbaycanlıların etnik təmizlənməyə məruz qalmasına göz yummasaydı, Avropada bundan sonrakı müharibələr də baş verməzdi".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün işə başlayan yaz sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun üzvlərini səhv yola çəkirlər: "Ermənistan nümayəndə heyətinin bəzi üzvləri Azərbaycanın sülh naminə atdığı addımların üzərinə kölgə salmağa çalışırlar. Onlar sülhə çalışan ermənilərin arzularına qarşı getməyə cəhd göstərirlər. Ermənistan nümayəndə heyətinin üzvləri azərbaycanlıların Qarabağa, öz doğma dədə-baba yurdlarına bu ərazilərin minalanması səbəbindən qayıda bilməmələrindən danışmırlar".
S.Seyidov deyib ki, Azərbaycan Ermənistanla sülh münasibətlərinin qurulmasına çalışır: "Avropa Şurası yanında komissiya yaradılmalıdır ki, sülhün yaradılmasına yardım etsin. Burada müharibədən çox danışılıb. Artıq Avropa Şurasının əsas dəyərlərinə qayıtmağın vaxtı çatıb".
Oxşar xəbərlər
Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verib. BAKU.WS müsahibənin tam mətnini təqdi...