Səidə Şəfiyeva: WUF13-ə hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması strateji yanaşmadır
Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən məlumatlandırma sessiyası WUF13 kimi qlobal əhəmiyyətli bir platformanın mahiyyətinin media nümayəndələrinə daha dərindən çatdırılması baxımından olduqca faydalıdır.
WUF13 təkcə beynəlxalq tədbir deyil, bu, şəhərlərin gələcəyi ilə bağlı qlobal dialoq platformasıdır. Medianın bu dialoqda rolu isə həqiqətə əsaslanan, dəqiq və məsuliyyətli informasiya ilə cəmiyyətin məlumatlandırılmasını təmin etməkdir.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.
"Bu, tərəfimizdən təşkil olunan artıq ikinci belə sessiyadır. Bu, WUF13-ə hazırlığın sistemli və strateji yanaşma əsasında aparıldığını göstərir. Məhz bu səbəbdən hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması strateji yanaşmadır", - deyə Agentliyin rəsmisi bildirib.
Şöbə müdirinin sözlərinə görə, ilk sessiya daha çox ümumi çərçivəni təqdim edirdisə, bugünkü görüşdə mövzular daha konkret istiqamətlər - şəhərsalma, inklüzivlik, yaşıl nəqliyyat və strateji planlaşdırma kimi sahələr üzrə izah olundu. Bu isə jurnalistlərin mövzunu daha peşəkar və analitik yanaşma ilə işıqlandırmasına imkan yaradacaq.
"İnanırıq ki, bu kimi məlumatlandırma sessiyaları nəticəsində jurnalistlər WUF13 mövzularını daha dərindən anlayacaq və ictimaiyyətə daha keyfiyyətli məzmun təqdim edəcəklər", - deyə Səidə Şəfiyeva əlavə edib.
Oxşar xəbərlər
"Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi"
"Azərbaycanın Qəbələ şəhəri daha bir önəmli görüşə ev sahibliyi edib". BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Azərbaycan Prezidenti İlha...