Səfirliklərin açılması üçün bu qədər vəsait ayrılır

Səfirliklərin açılması üçün bu qədər vəsait ayrılır
Siyasət 115

Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliyinin, Fələstində təmsilçilik ofisinin açılması və digər xərclərlə bağlı 2023-cü il dövlət büdcəsindən 15,9 milyon manat vəsaitin ayrılması təklif edilir.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 22-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, bu barədə 2023-cü il dövlət büdcəsinə dəyişiklik təklif olunur. Nazir müavini vurğulayıb ki, dəyişikliklər büdcə qaydalarına uyğundur.

Son xəbərlər