Səfirlik Polşada azərbaycanlı tələbənin ölümü faktını nəzarətə götürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Polşadakı səfirliyi noyabrın 9-da Polşanın Dlugolenka şəhərində 1989-cu il təvəllüdlü Müşviq Asif oğlu İsmayılovun meyitinin tapılması ilə məsələni nəzarətə götürüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, Dlugolenka Şəhər Polis Komissarlığından Azərbaycan səfirliyinə verilən məlumatda M.İsmayılovun yaşadığı mənzilin yerləşdiyi istiqamətdə meşə massivində meyiti tapıldığı bildirilib: "Polisin məlumatında tibbi ekspert rəyinə əsasən mərhumun asılaraq intihar etdiyi qeyd olunub. Mərhumun ailəsi ilə əlaqə saxlanılıb və yaxınlarının onun intihar etməsinə şübhə ilə yanaşdığını və meyitin təkrar daxili tibbi ekspertizadan keçməsi müraciətini nəzərə alaraq səfirlik tərəfindən Dlugolenka Şəhər Prokurorluğuna müraciət edilib. Baş vermiş hadisə səfirliyin nəzarətindədir".
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...