Səfirlik: Hücumlar başlayandan sonra heç bir İran vətəndaşı ölkəni tərk etməyib

İsrail-İran gərginliyi səbəbilə İran vətəndaşlarının Azərbaycanda qalıb ölkəyə qayıda bilməməsi barədə səfirliyə müraciət olunmayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi mətbuat konfransında deyib.
O qeyd edib ki, mövcud gərginlikdən sonra İran dərhal Azərbaycan rəsmiləri ilə əlaqə qurub:
"Azərbaycan bununla bağlı köməyə hazır olduğunu bildirdi. Sərhəddən keçidlə bağlı lazımi addımlar atıldı. Ancaq vətəndaşlarımızın ölkəyə qayıda bilməməsi barədə bizə müraciət olunmayıb. Müraciətlər sadəcə Azərbaycandakı iranlı tələbələr tərəfindən edilib və onların da gedib-qayıtmasına şərait yaradılır".
Diplomat bəyan edib ki, hücumlar başlayandan sonra heç bir İran vətəndaşı ölkəni tərk etməyib:
"İran sərhəddə təhlükəsizliyi təmin etmək istiqamətində fəaliyyətini davam etdirir. Həmçinin Azərbaycanın İrandakı və İranın Azərbaycandakı səfirliklərinin fəaliyyəti də davam etdirilir".
Oxşar xəbərlər
Nazirlər Kabinetində iclas - Vacib qərarlar qəbul edildi
Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın haz...
