Səfirlik: Gürcüstanda sürüşmə zamanı ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Oni munisipalitetində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə apa-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
“Şovi fəlakət zonasında həlak olan və ya xəsarət almış azərbaycanlılarla bağlı heç bir məlumat daxil olmayıb”, - deyə səfirlikdən bildirilib.
Qeyd olunub ki, səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə məlumat olarsa ictimaiyyətə ötürüləcək.
Qeyd edək ki, sürüşmə nəticəsində 6 nəfər həlak olub, 35 nəfərlə əlaqənin kəsildiyi bildirilir.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...